Bu gündən başladı, dekabrın 5-nə kimi davam edəcək – Əhaliyə XƏBƏRDARLIQ
Dekabrın ilk günlərində Yer kürəsinin maqnit sahəsində ciddi dalğalanmalar müşahidə olunacağı proqnozlaşdırılır.
Az24.az xəbər verir ki, kosmik hava məlumatlarına əsasən, 1–5 dekabr tarixləri aralığında ardıcıl maqnit qasırğaları baş verə bilər. Bu proses həm insanların sağlamlığına, həm də bəzi texniki avadanlıqların fəaliyyətinə təsir göstərə bilər.
Həkimlər xüsusilə meteohəssas insanlara, ürək-damar və xroniki xəstəlikləri olanlara diqqətli olmağı tövsiyə edir.
Maqnit qasırğalarının gündəlik proqnozu
-1 dekabr – Geomaqnit aktivliyi orta səviyyədə olacaq (Kp-4).
-2 dekabr – Qasırğa tədricən güclənəcək, axşam saatlarında göstərici Kp-5-ə çatacaq.
-3 dekabr – Gözlənilən maqnit qasırğası G1 səviyyəsində olacaq (Kp 5–6).
-4 dekabr – Aktivlik yenə G1 səviyyəsində qalacaq və xüsusilə meteohəssas insanlar bunu daha çox hiss edə biləcək.
-5 dekabr – Geomaqnit aktivliyi zəifləyərək orta səviyyəyə enəcək (Kp 3–4).
Mütəxəssislər bu günlərdə kifayət qədər su içməyi, açıq havada gəzinti etməyi, ağır fiziki və emosional yüklənmədən uzaq durmağı, həmçinin yuxu rejiminə xüsusi diqqət yetirməyi tövsiyə edirlər.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq