Bu tarixdən havalar soyuyacaq – AÇIQLAMA
Hazırda Bakıda, Abşeron yarımadasında və bölgələrdə sabit, mülayim hava şəraiti müşahidə olunur.
Az24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Teleqraf-a açıqlamasında isti hava şəraitinin səbəbini açıqlayıb.
O bildirib ki, bu vəziyyət sinoptik şəraitdən asılı olaraq isti hava kütlələrinin cənubdan hərəkət etməsi və cənub-şərq küləklərinin üstünlüyü ilə əlaqədardır.
“Cənub axınları hava şəraitinin mülayim keçməsinə və temperaturun yüksəlməsinə səbəb olur. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 22, rayonlarda isə 25 dərəcəyədək yüksəlib. Noyabr ayının ötən dövründə havanın orta temperaturu iqlim normasından Bakıda və Abşeron yarımadasında 3.9 dərəcə yüksək olub. Ümumilikdə 22 gün ərzində temperatur normadan yuxarı olub. Çoxillik müşahidələrə əsasən, əvvəlki illərin noyabr aylarında da yüksək temperatur rejimi müşahidə edilib. Məsələn, 2023-cü ildə Bakıda və Abşeron yarımadasında temperatur 25, bölgələrdə isə 29 dərəcəyədək isti qeydə alınıb” , – Gülşad Məmmədova deyib.
O, həmçinin ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitinin həftə sonunadək davam edəcəyini vurğulayıb.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası