Bu tarixdə hava soyuyacaq: Yağış, qar yağacaq – XƏBƏRDARLIQ

Bu tarixdə hava soyuyacaq: Yağış, qar yağacaq – XƏBƏRDARLIQ

Cəmiyyət 30.11.2025 13:17 1005

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Az24.az-a bildirilib ki, dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Reklam