Bu tarixdə Bakıya QAR YAĞACAQ

Bu tarixdə Bakıya QAR YAĞACAQ

Cəmiyyət 10.01.2026 20:44 652

Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq.

AZ24.az Baku.ws-ə istinadla xəbər verir ki, yanvarın 16-dan etibarən Bakıda sulu qar yağışının başlaması gözlənilir.

Proqnozlara əsasən, yağıntılar yanvarın 22-dək müşahidə olunacaq. Bu müddət ərzində hava temperatu nisbətən aşağı düşəcək.

Yanvar ayının sonuna qədər sulu qarın fasilələrlə yağması gözlənilir.

Reklam