Bu sual həqiqətən məktəblilərə verilib? – RƏSMİ AÇIQLAMA
Sosial şəbəkədə 3-cü siniflərin Kiçik Summativ Qiymətləndirmə (KSQ) tapşırığında yer aldığı iddia olunan qalmaqallı sual paylaşılıb.
AZ24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iddiaya görə, “Atam həyətdə … doğrayır” başlıqlı sualda nöqtələrin yerini doldurmaq üçün şagirdlərə adam və odun sözləri variant kimi təqdim edilib.
Sözügedən tapşırıq sosial şəbəkə istifadəçilərinin ciddi qınağına tuş gəlib. Sual qeyri-insani və şagirdlər üçün təhlükəli hesab edilib.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) sorğumuza cavab olaraq bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil.
“Belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb. Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”, – deyə məlumatda əlavə edilib.
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq, 8 dərəcə şaxta olacaq – XƏBƏRDARLIQ
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır