Bu şəxslərə pul ayrıldı – MƏBLƏĞLƏR
Mədəniyyət Nazirliyi bir sıra yazıçı və nəşriyyatla yeni alqı-satqı müqavilələri bağlayıb.
Az24.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müqavilələrdə həmin yazıçılara və nəşriyyatlara məxsus müxtəlif nəşrlərin (kitabların) satın alınması nəzərdə tutulur.
Qeyd edilib ki, bu alqı-satqı nazirliyin kitabxana fondunun oxucuların tələbatına uyğun yeni nəşrlərlə zənginləşdirilməsi və komplektləşdirilməsi məqsədi daşıyır.
Qələm adamları ilə bağlanılmış müqavilələrdə tanınmış şəxslərin də adlarına rast gəlinib.
Onlardan bir neçəsini təqdim edirik:
1) Elmira Axundova – 3000 manat,
2) Qəşəm Nəcəfzadə – 1050 manat,
3) Kəramət Böyükçöl – 4500 manat,
4) Kamal Abdulla – 2500 manat,
5) Bəhram Bağırzadə – 9100 manat.
Bundan əlavə, nazirlik Seyfəddin Hüseynli (3000 manat), Fərid Hüseyn (2000 manat), İlham Qəhrəman (500 manat), Cavid Zeynalov (1500 manat), Siyavuş Quliyev (2300 manat), Etibar Yaqubov (1599 manat), Nazilə Quliyeva (1000 manat), Kəmalə Abıyeva (700 manat), İslam Sadıq (1500 manat), İlqar Tağıyev (1050 manat) və Azad Yaşar (2200 manat) ilə də müqavilə bağlayıb.
Reklam
Oxşar xəbərlər
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi – VİDEO
Vüqar Əhməd VİDEOAÇIQLAMA YAYDI
“Uşaq Avroviziyası”nın qalibi Fransa oldu – VİDEO
Azərbaycan ilk dəfə Ermənistana xal verdi
“Uşaq Avroviziya 2025”də səsləri onların qızı elan edəcək – FOTO
Ceki Çan Xəzər dənizinin sahilində film çəkəcək
Emin Əmrullayev təltif olundu – FOTOLAR
Mehriban Xanlarova istefa verdi – FOTO