Bu şəxslərə 30 manat yardım veriləcək
3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək.
Az24.az xəbər verir ki, milli.az-ın əldə etdiyi məlumata görə, bir dəfəlik yardımın məbləği 30 manat olacaq və yardımın dekabr ayında verilməsi nəzərdə tutulur.
Bəs birdəfəlik yardımı necə almaq olar?
Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər.
Xatırladaq ki, sözügedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq.
Qeyd edək ki, 1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi Bəyannaməyə görə dekabrın 3-ü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunur. BMT üzvü olan digər ölkələr kimi bu tarix Azərbaycanda da qeyd olunur.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək