Bu şəxslər ödənişsiz tibbi və psixoloji yardım alacaqlar
Minatəmizləmə zamanı zərərçəkmiş şəxslər tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına tibbi yardım ala biləcəklər.
Az24.az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü onlayn iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda (“Əhalinin sağlamlığının qorunması haqqında”) dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar.
Bundan əlavə, minatəmizləmə zamanı zərərçəkənlər ödənişsiz psixoloji yardım alacaqlar.
Qanun layihəsinə əsasən, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlərin ödənişsiz psixoloji yardım almaq hüququ vardır.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq