Bu rayonlara QAR YAĞIR
Azərbaycanda dekabrın 8-i saat 9:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Az24.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə intensiv xarakterlidir. Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa isə qar yağır.
Düşən yağıntının miqdarı Lənkəranda 21, Sədərəkdə 18, Astarada 15, Ağdamda 14, Zərdab, Şərur, Sabirabad, Kürdəmirdə 12, Şəki, İmişlidə 10, Şahbuz, Qubada 9, Qax (Sarıbaş), Zaqatala, Naxçıvan, Beyləqan, Gəncədə 8, Mingəçevir, Yevlax, Şəmkir, Naftalan, Balakən, Oğuz, Bərdə, Tərtərdə 7, Şirvan, Ordubad, Gədəbəy, Tovuz, Qəbələ, Neftçalada 6, Ağstafada 5, Cəbrayıl, Biləsuvar, Culfa, Goranboy, Ceyrançöl, Daşkəsən, Göyçay, Qusar, Lerik, İsmayıllı, Yardımlı, Şabran, Şamaxı, Xızı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Xaçmaz, Qobustanda 4, Bakıda və Abşeron yarımadasında isə1 mm-dir.
Şərur, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Mingəçevir, Qusar, Xızı , Oğuz, Qobustan, Quba, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi gözlənilir.
Reklam
Oxşar xəbərlər
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı