Bu rayon boşanma sayına görə liderdir
2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 36 332 nikah və 15 480 boşanma halı qeydə alınıb.
Az24.az milli.az-a istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4.8-dən 4.7-yə, boşanmaların sayı isə 2.1-dən 2-yə düşüb.
İqtisadi rayonlar üzrə nikah və boşanma göstəriciləri belə olub:
Bakı şəhərində 8 430 nikah (4.8) və 4 753 boşanma (2.7) qeydə alınıb, Naxçıvan Muxtar Respublikasında 1 538 nikah (4.4) və 644 boşanma (1.8), Abşeron-Xızı iqtisadi rayonunda 1 964 nikah (3.0) və 1 134 boşanma (1.7), Dağlıq Şirvan iqtisadi rayonunda 1 253 nikah (5.2) və 428 boşanma (1.8), Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 917 nikah (4.3) və 1 049 boşanma (2.3), Qarabağ iqtisadi rayonunda 3 199 nikah (5.7) və 1 163 boşanma (2.1), Qazax-Tovuz iqtisadi rayonunda 2 372 nikah (4.7) və 922 boşanma (1.8), Quba-Xaçmaz iqtisadi rayonunda 1 981 nikah (4.8) və 671 boşanma (1.6), Lənkəran-Astara iqtisadi rayonunda 3 678 nikah (5.2) və 974 boşanma (1.4), Mərkəzi Aran iqtisadi rayonunda 2 585 nikah (4.8) və 1 075 boşanma (2.0), Mil-Muğan iqtisadi rayonunda 2 060 nikah (5.2) və 646 boşanma (1.6), Şəki-Zaqatala iqtisadi rayonunda 2 122 nikah (4.5) və 836 boşanma (1.8), Şərqi Zəngəzur iqtisadi rayonunda 1 304 nikah (5.8) və 520 boşanma (2.3), Şirvan-Salyan iqtisadi rayonunda isə 1 929 nikah (5.2) və 665 boşanma (1.8) qeydə alınıb.
Statistikaya görə, ən yüksək nikah səviyyəsi Şərqi Zəngəzur (5.8), Qarabağ (5.7) və Dağlıq Şirvan ilə Lənkəran-Astara (5.2) iqtisadi rayonlarında müşahidə olunub, boşanma hallarının yüksək olduğu rayonlar isə Bakı şəhəri (2.7) və Şərqi Zəngəzur (2.3) iqtisadi rayonlarıdır
Reklam
Oxşar xəbərlər
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO