Bu qidaları əsla soyuducuda SAXLAMAYIN – ZƏRƏRLİDİR
Soyuducu bir çox məhsullar üçün ideal saxlama yeri olsa da, elə qidalar var ki, soyuq mühit onlara xeyirdən çox ziyan vurur.
Az24.az xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssislər bildirir ki, bu məhsullar soyuducuda saxlandıqda dadını, strukturunu və faydalı maddələrini itirir.
Qidanın keyfiyyətini və faydasını qorumaq üçün hər məhsulun özünəməxsus saxlanma şəraiti var. Mütəxəssislər vurğulayır ki, qidaları düzgün mühitdə saxlamaq həm sağlamlıq, həm də israfın qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Aşağıda soyuducuya qoyulmaması tövsiyə olunan qidalar:
Pomidor
Soyuq temperatur pomidorun hüceyrə quruluşunu zədələyir və dadını zəiflədir. Pomidorları otaq temperaturunda, günəş şüasından uzaqda saxlamaq məsləhtdir.
Kartof
Soyuqda kartofun tərkibindəki nişasta şəkərə çevrilir və dadı dəyişir.
Kartof sərin, qaranlıq və havalanan bir yerdə saxlnılmalıdır.
Soğan
Soyuducudakı rütubət soğanın tez yumşalmasına və kiflənməsinə səbəb olur. Həmçinin soyuducuda digər qidaların qoxusunu asanlıqla özünə çəkir. Soğanı tor və ya səbətdə otaq temperaturunda saxlamaq tövsiyə olunur.
Sarımsaq
Soyuq mühit sarımsağın qurumasına, toxumasının yumşalmasına və xoşagəlməz qoxu dəyişikliklərinə yol açır.
Sarımsağı quru və havalı bir yerdə saxlamaq lazımdır.
Bal
Soyuq temperatur balda kristallaşma yaradır və bal şəkərlənir. Odur ki, balı otaq temperaturunda, qapalı şüşə qabda saxlayın.
Çörək
Soyuducuda çörək daha sürətlə quruyur və köhnəlir. Çörəyi quru yerdə, hava keçirməyən qabda saxlayın.
Zeytun yağı
Soyuq temperatur zeytun yağının qatılaşmasına və bulanmasına səbəb olur. Zeytun yağını qaranlıq şkafda və otaq temperaturunda saxlayın.
Banan
Soyuq bananın qabığını qaraldır və içini yumşaldır. Bananı otaq temperaturunda saxlayın və yetişməsi üçün açıqda qalsın.
Kəsilməmiş qarpız və yemiş
Bütöv halda soyuducuya qoyulan qarpız antioksidantlarını itirir. Qarpızı kəsilənə qədər otaq temperaturunda saxlayın, yalnız kəsildikdən sonra soyuducuya qoyun.
Reklam
Oxşar xəbərlər
Həm arıqladır, həm də ürəyi qoruyur
Bu əlamətlər həzm sisteminizdə ciddi xəstəliklərdən xəbər verir
Südlü şirniyyatların beyinə təsiri ilə bağlı yeni XƏBƏRDARLIQ
Soyuq havalarda immuniteti belə gücləndirin
D vitamini ikinci infarkt riskini yarıbayarı azaldır
Ürək üçün ən təhlükəli içki – Rusiyalı mütəxəssislərdən xəbərdarlıq