Bu qadın 25 il qaranlıq otaqda saxlanıldı – Səbəbini biləndə DƏHŞƏTƏ GƏLƏCƏKSİNİZ

Bu qadın 25 il qaranlıq otaqda saxlanıldı – Səbəbini biləndə DƏHŞƏTƏ GƏLƏCƏKSİNİZ

Maraqlı 01.01.2026 16:32 198

Bir zamanlar gözəlliyi ilə Paris salonlarında heyranlıq doğuran bir qız vardı. Onun taleyi isə sonradan insanlıq tarixinin ən dəhşətli ailə faciələrindən birinə çevriləcəkdi. Bu, Blanş Monyenin hekayəsidir — sevgi uğruna azadlığını, sağlamlığını və həyatını itirən bir qadının susdurulmuş taleyi.

Zadəgan ailəsində doğulan gözəl

Blanş Monye Parisdə zadəgan bir ailədə dünyaya göz açdı. Uşaqlıqdan etibarən fərqli gözəlliyi ilə seçilir, böyüdükcə cəmiyyətin diqqət mərkəzinə çevrilirdi. Zərifliyi, xarici görünüşü və tərbiyəsi onu dövrünün ən arzulanan gənc xanımlarından birinə çevirmişdi. Onunla evlənmək istəyənlərin sayı-hesabı yox idi.

Lakin ailənin Blanş üçün planları başqaydı. O, yalnız öz sinfinə uyğun, varlı və nüfuzlu bir ailənin nümayəndəsi ilə evlənməli idi. Sevgi isə bu hesabların içində yer almırdı.

Qadağan olunmuş sevgi

Blanş ailəsinin iradəsinə baxmayaraq, özündən yaşca böyük, maddi baxımdan zəif və nüfuzsuz bir vəkilə aşiq oldu. Bu sevgi anası Luiza Monye üçün qəbuledilməz idi. Onun gözündə Blanş ailənin şərəfini təhlükəyə atan bir qıza çevrilmişdi.

Gənc qız sevgisindən vaz keçmədi. Anasına qarşı çıxdı, evlənməkdə israr etdi. Məhz bu israr Blanşın həyatını məhv edən qərarın başlanğıcı oldu.

Bir ananın verdiyi dəhşətli hökm

Luiza Monye qızını susdurmağın yolunu tapdı. O, Blanşı evin yuxarı mərtəbəsindəki qaranlıq otağa bağladı. Bununla kifayətlənməyərək, qızının guya yoxa çıxdığını elan etdi. Qohumlara və dostlara Blanşın xaricdə internat məktəbində olduğunu, geri dönmək istəmədiyini söylədi.

Beləliklə, Blanş Monye rəsmi olaraq “yox idi”.

25 il qaranlıqda

Blanş 25 il boyunca pəncərəsiz, işıqsız, havasız bir otaqda yaşadı. Otaqda ayağa qalxmağa belə icazə verilmirdi. Gigiyena yox idi, günəş işığı yox idi, insan səsi yox idi. O, yeməyini, sidiyini və nəcisini eyni çarpayıda edirdi. İllərlə həmin çürük yataq onun bütün dünyasına çevrilmişdi.

Anası pəncərələri bağlatdırmış, qapıları kilidləmiş, qızının səsinin eşidilməməsi üçün hər şeyi etmişdi. Qardaşı və ev işçiləri isə bu zülmü görüb susmuşdular.

Anonim məktub və həqiqətin üzə çıxması

Bir gün prokurorluğa ünvanlanan anonim məktub hər şeyi dəyişdi. Məktubda hörmətli Monye ailəsinin evində illərlə gizli saxlanılan, aclıqdan ölmək üzrə olan bir qadından bəhs edilirdi.

Polis və prokurorluq əməkdaşları evə daxil olduqda əvvəlcə heç nə tapmadılar. Ta ki, yuxarı mərtəbədən gələn dözülməz çürük qoxusunu hiss edənədək.

Gizli otaqda tapılan mənzərə dəhşətli idi.

Bir zamanlar gözəlliyi ilə dillərə düşən Blanşdan əsər-əlamət qalmamışdı. Həddindən artıq arıqlamış, işıqdan qorxan, çürümüş yataqda uzanan bir kölgə insan vardı. Otaq nəcis, yemək qalıqları və həşəratlarla dolu idi.

Polisin hesabatında yazılanlar belə idi: “Arıqlamış, ölüm ayağında olan qadın nəcis və yemək qalıqları ilə örtülmüş çürük çarpayıda uzanmışdı. Otaqdakı hava araşdırmanı davam etdirməyə imkan vermirdi.”

Azadlıq, amma gecikmiş xilas

Blanş xəstəxanaya yerləşdirildi. Anası həbs olundu, lakin tezliklə öldü. Qardaşı isə cəzadan yayınmağı bacardı. Blanş fiziki olaraq xilas edilsə də, psixoloji olaraq heç vaxt sağala bilmədi. Ömrünün qalan hissəsini ruhi xəstəxanada keçirdi.

Dəniz

Reklam