Bu ölkənin milli komandası fəaliyyətini dayandırdı

Bu ölkənin milli komandası fəaliyyətini dayandırdı

İdman 01.01.2026 22:52 18

Afrika Millətlər Kubokundakı uğursuz çıxışdan sonra Qabon milli futbol komandası hökumət tərəfindən fəaliyyətini dayandırılıb.

AZ24.az xəbər verir ki, bu barədə rəsmi məlumat verilib.

Komanda üç oyunda məğlub olaraq qrup mərhələsindən çıxmaq şansını itirib və sonuncu yeri tutub. Hökumətin qərarına əsasən, milli komandanın texniki heyəti buraxılıb və məşqçilər qovulub. Həmçinin veteran futbolçular Pyer‑Emerik Obameyanq və Bruno Ekuele Manqa komandadan kənarlaşdırılıb.

Rəsmi bəyanatda komandanın çıxışı rüsvayçı adlandırılıb və bu nəticənin ölkə idmanı üçün qəbuledilməz olduğu vurğulanıb. Qabon hökuməti tezliklə yeni struktur formalaşdırmaq niyyətində olduğunu bildirib.

Reklam