Bu ölkədə kişi çatışmazlığı yeni xidmət yaratdı: Qadınlar “saatlıq ər” kirayələyir
Latviyada kişi sayının kəskin azalması ölkədə sosial balansı dəyişdirib və subay qadınların partnyor tapmaqda çətinlik çəkməsinə səbəb olub.
AZ24.az xəbər verir ki, demoqrafik uyğunsuzluq nəticəsində ölkədə qeyri-adi bir xidmət – “saatlıq ər” işi yaranıb. Bu xidmət qadınlara evdəki kiçik təmir və məişət işləri üçün usta çağırmağa imkan verir.
Məlumata görə, Latviyada son illərdə kişi ömrünün qısalması, yüksək alkoqol qəbulu, iş qəzası və intihar hallarının çoxluğu kişi sayının azalmasına gətirib çıxarıb. Qadınlar isə təhsil, sağlamlıq və uzunömürlülük baxımından daha üstün göstəricilərə malikdir. Bu fərq xüsusilə gənc və subay qadınlar üçün “həyat yoldaşı tapmaq” problemini daha da gücləndirib.
29 yaşlı Dania ölkədəki vəziyyəti belə təsvir edir: “Festival və tədbirlərdə çalışıram, personalın demək olar ki, hamısı qadındır. Problem deyil, amma mühitdə bir az da kişi olsa daha balanslı olar. Heç olmasa söhbət edəcək və ya tanış ola biləcəyin biri tapılar”.
Sosioloqlar bildirir ki, kişi çatışmazlığının davam etməsi Latviyada bu tip xidmətlərə tələbatı daha da artırır və mövcud vəziyyət gələcəkdə ailə qurma statistikasına ciddi təsir göstərə bilər.
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”