Bu ölkədə bara silahlı hücum: 7 nəfər öldürüldü
Meksikada bir bara edilən silahlı hücum nəticəsində 7 nəfər həyatını itirib.
Az24.az xəbər verir ki, hadisə ölkənin paytaxtı Mexiko Sitidən təxminən 97 kilometr şimalda yerləşən Tula şəhərində baş verib.
Polisin məlumatına görə, silahlı şəxslər işçi məhəlləsində yerləşən La Resaka adlı barı basqına məruz qoyub. Hücum zamanı 4 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.
Federal və ştat polis qüvvələri genişmiqyaslı əməliyyata başlasa da, hazırda heç bir şübhəli saxlanılmayıb. Hidalgo ştatında oğurlanmış yanacaq qaçaqmalçılığı ilə məşğul olan qrupların və dəstələrin aktiv olduğu bildirilir.
Hidalgo Ştat Təhlükəsizlik Bürosu hücumdan əvvəl Tulada rəqib dəstələr arasında ciddi gərginlik qeydə alındığını açıqlayıb. Yerli KİV-in məlumatına görə, bölgədə tanınmış bir dəstə başçısının həbsindən sonra cinayətkar qruplar arasına qarşıdurmalar daha da şiddətlənib.
Ölkədə əsasən narkotik qaçaqmalçılığı ilə əlaqəli zorakılıq 2006-cı ildə cinayətkar qruplara qarşı əməliyyatların başlamasından bu yana sürətlə artıb. Bu dövrdən bəri təxminən 480 min nəfər öldürülüb, 120 mindən çox insan isə itkin düşmüş hesab olunur.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Dəniz
Reklam
Oxşar xəbərlər
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”