Bu müəllimlərin əmək müqaviləsinə XİTAM VERİLDİ
“Azərbaycan dilinin fənn kimi tədrisində mühüm məsələlər özünü əks etdirir”.
AZ24.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda Elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, Azərbaycan dilinin müasir məzmunda çatdırılması ilə bağlı vacib istiqamətlər var: “Əsas məqsəd dilin tədrisinin düzgün şəkildə çatdırılmasıdır. Sözsüz burada da şagirdlərin yüklənməsinin qarşısının alınması üçün də alətlər mövcuddur. Çünki biz 6 yaşlı uşaqdan Azərbaycan dilində daha yaxşı danışmaq və oxumağı tələb edə bilmərik. Buna baxmayaraq, nazirlik olaraq biz dilin tədrisinin daha da genişlənməsi üçün dərs saatlarının artırılması ilə bağlı proqramlar müəyyənləşdirmişik”.
Nazir bildirib ki, dilin tədrisi ilə bağlı bütün məsuliyyət müəllimin üzərinə düşür: “Nazirlik tərəfindən sertifikasiyaların həyata keçirilməsi nəticəsində öz ixtisasını bilməyənlərin əmək müqaviləsinə xitam verilib. Çünki bu gün ibtidai sinif müəllimi həm də Azərbaycan dilini tədris edir. Ona görə də dillə bağlı tədrisə daha çox önəm verilir”.
Reklam
Oxşar xəbərlər
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı