Bu müəllimlərə bir aylıq əlavə maaş verildi

Bu müəllimlərə bir aylıq əlavə maaş verildi

Cəmiyyət 22.12.2025 12:56 607

Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri maaşlarının bir misli qədər mükafat alacaq.

Az24.az xəbər verir ki, bu barədə akademiyadan bildirilib.

Qeyd olunub ki, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyevin müvafiq əmri ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə akademiyanın əməkdaşlarına vəzifə maaşının bir misli məbləğində mükafat verilib.

Reklam