Bu məhsullar BAHALAŞDI – SİYAHI
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.
Az24.az xəbər verir ki, 2025-ci ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Reklam
Oxşar xəbərlər
Baş nazir sığorta haqqının məbləği ilə bağlı QƏRAR İMZALADI
Baş nazir sərəncam imzaladı
Bu yolda yeni svetoforlar quraşdırılır – VİDEO
Mirasdan məcburi pay hüququ – Kimlər bu hüquqa malikdir?
Bu ərazidə yarım metrə QAR YAĞDI
Sulu qar, qar yağacaq, 16 dərəcə şaxta olacaq – BU TARİXDƏ
Bu bölgələrə hazırda güclü QAR YAĞIR