Bu mahnı ilə rəqs etmək ürək sağlamlığına xeyirlidir – ARAŞDIRMA

Bu mahnı ilə rəqs etmək ürək sağlamlığına xeyirlidir – ARAŞDIRMA

Maraqlı 02.01.2026 19:08 28

Çində aparılan bir araşdırma diqqətçəkən bir nəticəni ortaya qoyub.

Çində yerləşən Yanan Universitetində aparılan tədqiqat zamanı alimlər iştirakçılara müxtəlif mahnılar dinlədirərək hansı mahnının ürək sağlamlığı üçün daha faydalı olduğunu müəyyənləşdirməyə çalışıblar.

Universitet əməkdaşları 160 tələbəyə müəyyən mahnılar dinlədirib və onların ürək ritmlərini ölçüblər.

Araşdırmanın nəticələrinə görə, İsveçin məşhur musiqi qrupu ABBA-nın “Dancing Queen” adlı mahnısını dinləyərək rəqs etməyin ürək sağlamlığı üçün faydalı olduğu müəyyən edilib.

Mütəxəssislər bildiriblər ki, bu mahnının ritmi dəqiqədə 100 döyüntü (100 bpm) təşkil edir və bu göstərici Michael Jackson-un “Beat It” və Coldplay-in “Viva La Vida” kimi dəqiqədə 140 döyüntülü (bpm) mahnılardan daha uyğundur. Həmçinin qeyd olunub ki, “Dancing Queen” çox yavaş templə gedən mahnılara nisbətən də ürək sağlamlığı üçün daha faydalıdır.

Mütəxəssislər ürək ritminin çox aşağı olmasının infarkt riskini artırdığına diqqət çəkərək, “Dancing Queen” mahnısı sədaları altında 5 dəqiqə rəqs etməyin böyük fayda verəcəyini vurğulayıblar.

Alimlərin araşdırması Journal of Manipulative and Physiological Therapeutics adlı elmi jurnalda dərc olunub.

Məqalədə belə qeyd edilib: “Həddindən artıq sürətli ritmlər məşqdən sonra infarkt riskini artıra bilər. Ürək tutması və ya qəfil ürək xəstəliyindən ölüm riskini minimuma endirmək üçün rəqs ritmi dəqiqədə 100 döyüntünü keçməməlidir.”

Dəniz

Reklam