Bu il “Qara Cümə” endrimlərinin tarixi açıqlandı
Bu il ən böyük alış-veriş kampaniyalarından hesab olunan “Qara Cümə” (“Black Friday”) endirimlərinin tarixi məlum olub. Kampaniya 28 noyabr tarixində baş tutacaq.
Az24.az xəbər verir ki, adətən ABŞ-da Şükran günündən sonrakı ilk cümə günü keçirilən bu alış-veriş günü artıq bütün dünyada geniş yayılıb. Həm mağazalar, həm də onlayn satış platformaları həmin tarixdə xüsusi endirim paketləri, limitli aksiyalar və əlavə bonuslar təqdim etməyə hazırlaşır.
Satış sektorunun mütəxəssisləri və istehlakçı hüquqları üzrə ekspertlər qeyd edirlər ki, endirim dövründə alış-veriş etməzdən əvvəl məhsulların əvvəlki qiymətləri ilə yeni qiymətlərini müqayisə etmək vacibdir. Onların sözlərinə görə, bəzi mağazalar endirim adı altında qiymətləri əvvəlcədən şişirdə bilər, buna görə də real kampaniyaları düzgün qiymətləndirmək önəmlidir.
Reklam
Oxşar xəbərlər
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO