Bu il daha çox oğlan uşaqları doğulub
Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 72210 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb.
Az24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.
Doğulan körpələrdən 2422-si əkiz, 78-i isə üçəm olub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (12,0), Lənkəran-Astara (11,4), Qarabağ (11,2), Şərqi Zəngəzur (11,0), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz, Quba-Xaçmaz və Mərkəzi Aran (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək