Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Azərbaycanda ehtiyatdan çağırılan zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb.
Az24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişikliyi təsdiqləməsində öz əksini tapıb.
Beləliklə, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılaraq 1 il müəyyən edilir.
Eyni zamanda, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rübəsi verilir.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək