Bu hərbçilərin xidmət müddəti 20 ilə endirilə bilər
Əvvəllər Silahlı Qüvvələrdə zabit və gizirlər 20 il xidmət etdikdən sonra pensiya təminatı hüququ əldə edirdilər. Sonradan bu müddət 25 ilə qaldırıldı və yalnız həmin dövrü tamamlayan hərbi qulluqçular pensiya almaq imkanına malik oldular. Bu dəyişiklik isə xüsusilə sağlamlıq imkanları məhdudlaşan hərbçilərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Maraqlıdır, sağlamlıq imkanları məhdudlaşan hərbi qulluqçular üçün bu 25 illik xidmət müddəti azaldılmalıdırmı?
Az24.az xəbər verir ki, mMövzu ilə bağlı konkret.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, xidmət müddətinin 20 ildən 25 ilə qaldırılması heç bir ciddi hüquqi və elmi əsaslandırma olmadan həyata keçirilib:
“Əvvəllər zabit və gizirlər 20 il xidmət etdikdən sonra pensiya hüququ əldə edirdilər. Sonradan isə kimlərinsə təklifi ilə bu müddət 25 ilə qaldırıldı. Halbuki bu məsələ səhiyyə işçiləri və digər aidiyyəti qurumlarla razılaşdırılmalı, əsaslandırılmalı idi. Çünki zabit və gizirlər 20 il ərzində gecə-gündüz, normal istirahət bilmədən xidmət edirlər”.
Ekspertin sözlərinə görə, əksər ölkələrin təcrübəsində 20 illik xidmət müddəti özünü doğruldub:
“İnsan yaşa dolduqca sağlamlıq imkanları məhdudlaşır, faydalı iş əmsalı azalır. Buna baxmayaraq, bizdə hərbi qulluqçu faktiki olaraq adi əməkçi kimi qanuniləşdirildi. 25 il çox böyük müddətdir və fiziki yük nəzərə alınmalıdır”.
Üzeyir Cəfərov vurğulayıb ki, bir çox hərbi qulluqçular xidmətə başlayarkən 20 ildən sonra pensiya hüququ əldə edəcəklərini düşünürdülər:
“Sonradan bu müddətin 25 ilə qaldırılması ciddi narazılıq doğurdu. Mən hər zaman hərbi qanunvericiliyin təkmilləşdirilməsinin tərəfdarı olmuşam. Hesab edirəm ki, səhiyyə nazirliyi və digər aidiyyəti qurumlar güc strukturları ilə birgə bu məsələni əsaslandırmalı və yenidən baxmalıdırlar”.
Ekspertin fikrincə, gələcəkdə bu məsələ yenidən gündəmə gələcək və 25 illik xidmət müddətinin 20 ilə endirilməsi qaçılmaz olacaq.
Reklam
Oxşar xəbərlər
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
Bu cərimələr kəskin artdı
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi