Bu halda hərbi əməliyyatları dayandırarıq – Putin şərtini açıqladı
Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkek sammitindən sonra keçirdiyi mətbuat konfransında bir sıra mühüm açıqlamalar verib.
Az24.az xəbər verir ki, Putin bildirib ki, ABŞ-dan yüksək səviyyəli nümayəndə heyətinin gələn həftə Moskvaya səfəri razılaşdırılıb və səfər plan üzrə baş tutacaq.
Rusiya lideri Qərbdə yayılan “Rusiya Avropaya hücuma hazırlaşır” iddialarını təkzib edib: “Bu iddialar yalandır, cəfəngiyyatdır. Avropaya hücum etmək niyyətimiz yoxdur və bunu rəsmi şəkildə təsdiqləməyə hazırıq”.
Putin əlavə edib ki, Moskva Avropa təhlükəsizliyi və strateji sabitlik məsələlərini Qərb ölkələri ilə müzakirə etməyə açıqdır.
Rusiya Prezidenti ABŞ-ın təklif etdiyi sülh planı ilə bağlı yayılan məlumatları da şərh edib. Onun sözlərinə görə, ortada “hazır müqavilə layihəsi” olmayıb. Sadəcə müzakirə üçün suallar və mövzular paketi mövcud olub.
Putin deyib ki, ABŞ-ın təqdim etdiyi plan “diplomatik dildə yenidən işlənməlidir”, çünki bəzi maddələr “indiki şəraitdə gülünc səslənir”.
O bildirib ki, Cenevrədə aparılan danışıqlardan sonra tərəflər planın 28 bəndini dörd tematik blok üzrə bölmək barədə razılığa gəliblər.
Putin döyüş zonasındakı vəziyyətə də toxunub: “Əgər Ukrayna ordusu hazırda tutduğu əraziləri tərk etsə, biz hərbi əməliyyatları dayandırarıq. Əks halda, Rusiya öz məqsədinə hərbi yolla çatacaq.”
Reklam
Oxşar xəbərlər
Qalmaqal yaradan YAZIŞMALAR: Epşteyn şahzadəyə nə təklif edib?
“Özümü əla hiss edirəm” – Tramp
Hücum edərlərsə, İsraili vurarıq – İran ABŞ-ı HƏDƏLƏDİ
Epşteynin yanından ayrılmayan sirli qadın kimdir? – FOTOLAR
Maskın sərvəti açıqlandı – Dünyada birinci oldu
Bu disklərin içindəkilər paylaşılanda QİYAMƏT QOPACAQ
Kral ailəsində Epşteyn zəlzələsi – Saraydan qovdular
ABŞ İranın tələbini qəbul etdi – Görüşlər bu ölkədə olacaq