Bu halda 40 manat cərimələnə bilərsiniz – Sürücülərin NƏZƏRİNƏ
Qarlı və yağışlı havalarda avtomobillərin palçıq içində olması sürücülər arasında tez-tez müzakirə olunan məsələlərdəndir. Bəs belə hallarda sürücülərə cərimə tətbiq oluna bilərmi?
AZ24.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, qanunvericilikdə avtomobilin sadəcə çirkli olmasına görə cərimə nəzərdə tutulmayıb. Onun sözlərinə görə, qarlı və ya yağışlı havada avtomobildən palçığın yerə düşməsi yol hərəkət hissəsini çirkləndirmirsə, bu hal inzibati məsuliyyət yaratmır.
Hüquqşünasın sözlərinə görə, yalnız bir istisna mövcuddur. Belə ki, avtomobilin dövlət qeydiyyat nişanları palçıq səbəbindən oxunmaz vəziyyətdə olarsa, bu artıq inzibati xəta sayılır. İnzibati Xətalar Məcəlləsinə əsasən, nömrə nişanlarının görünməməsinə görə sürücüyə 40 manat məbləğində cərimə tətbiq oluna bilər.
Beləliklə, avtomobilin qarlı havada palçıqlı olması cərimə üçün əsas deyil, lakin nömrə nişanlarının aydın görünməsi sürücülər üçün mütləq şərtdir.
Reklam
Oxşar xəbərlər
Buraxılış imtahanları apreldə keçiriləcək? – DİM sədri
Somalidən Azərbaycana gətirilən ətlər satışa çıxacaq? – AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR
Qadınların pensiya yaşı ilə bağlı MÜHÜM XƏBƏR
Kamran Əsədov elə rahat idi ki, təəccübləndim – Məleykə Abbaszadə
Kamran Əsədov və digərləri ilə bağlı istintaq tamamlandı
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib – FOTO
Azərbaycanda ov mövsümü açılır