Bu günlərlə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

Bu günlərlə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

Cəmiyyət 14.11.2025 14:12 2

Noyabrda Yerə təsir edəcək bir neçə maqnit qasırğası gözlənilir.

A24.az xəbər verir ki, kosmik hava mərkəzlərinin proqnozları ayın ortalarından etibarən Günəşdə aktivliyin artacağını göstərir. Bu səbəbdən noyabr boyunca bir neçə orta güclü geomaqnit dalğalanmasının qeydə alınacağı ehtimal olunur.

Mütəxəssislər xüsusilə 20–23 noyabr tarixləri arasında G2 səviyyəsinə çatan maqnit qasırğası müşahidə olunmasının mümkün olduğunu bildirirlər. Bu dövrdə Günəşdən ayrılan plazma axınlarının Yerə daha intensiv şəkildə çatacağı gözlənilir.

Həkimlər xəbərdarlıq edirlər ki, geomaqnit dəyişiklikləri meteohəssas insanlarda baş ağrısı, yuxusuzluq, təzyiqin dəyişməsi və halsızlıq kimi şikayətlərə səbəb ola bilər. Bu qrupa aid şəxslərə həmin günlərdə daha çox istirahət etmək, ağır fiziki və emosional yükdən uzaq durmaq tövsiyə olunur.

Mütəxəssislərin fikrincə, noyabrda baş verəcək maqnit təsirləri çox güclü olmayacaq. Bununla belə, qasırğalar rabitədə zəifləmə, naviqasiya sistemlərində cüzi gecikmələr və elektrik xətlərində qısa müddətli dəyişikliklər yarada bilər.

Proqnozlar Günəş aktivliyinin ilin sonuna qədər artmaqda davam edəcəyini göstərir.

Reklam