Bu gün üç rayon işıqsız qalacaq
Bu gün Biləsuvar, Cəlilabad və Yardımlının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“Azərişəq”dan Az24.az-a verilən məlumata görə, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Cəlilabad rayonunda 110, Yardımlıda isə 35 kV-luq hava xəttində noyarın 20-də təmir işləri aparılacaq.
Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndləri, Biləsuvarın Əmənkənd qəsəbəsi, saat 11:00-dan 13:00-dək Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunur.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək