Bu gün 22 qadın azadlığa çıxır – FOTOLAR
Prezidentin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Az24.az xəbər verir ki, cəzaçəkmə müəssisəsindən ilkin olaraq 22 nəfər azadlığa buraxılır.
Azadlığa buraxılan qadınlardan 2-si azyaşlı övladı ilə birgə cəza çəkən qadınlardır.
Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzasının 6 ay azaldılması nəzərdə tutulur.
Amnistiya ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək.
Xatırladaq ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib. (bizim.media)










Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq