Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Sosial 22.12.2025 10:45 33

Bu gün Xaçmaz rayonun Xudat şəhərində bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Az24.az-a “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Xudat Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Xudat” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək 10 kV-luq hava xətləri üzərində yerləşən rayonun bir sıra kənd və qəsəbələrdə (Həsənqala, Ağaşirinoba, Çinartala, Dədəli, Bostançı, Baraxum, Palıdlı, Kənd Xudat, Seyidlər, Mahsuskənd, Yasaqoba, Aşağı Ləgər, Balaqusar), eləcə də Xudat şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Reklam