Bu ərazidə yarım metrə QAR YAĞDI
“Naxçıvan Muxtar Respublikasının bir sıra rayon və kəndlərində qar yağıntısı müşahidə olunub. Parağaçay Qar Uçqunu Stansiyasında qarın hündürlüyü 23 sm, dağlıq ərazilərdə 3000 metr yüksəklikdə isə qar örtüyünün qalınlığı 56 sm təşkil edib”.
Az24.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
“Şahbuzda hazırda qar yağır, qarın hündürlüyü 1 sm-dir. Kükü kəndində təzə qarın hündürlüyü 20 sm, ümumi qar örtüyünün qalınlığı 41 sm-ə çatıb. Biçənək kəndində yağan qarın hündürlüyü 5 sm, ümumi qar örtüyünün qalınlığı isə 31 sm təşkil edir.
Şərurda gecə saatlarında qar yağıb, qarın hündürlüyü 2 sm olub, hazırda yağıntı müşahidə edilmir. Axura kəndində isə qarın hündürlüyü 6 sm ölçülüb.Sədərəkdə gecə saatlarında 1 sm qar yağıb, qar örtüyünün qalınlığı 3 sm-dir”, – deyə məlumatda bildirilib.
Reklam
Oxşar xəbərlər
Bu məhsullar BAHALAŞDI – SİYAHI
Mirasdan məcburi pay hüququ – Kimlər bu hüquqa malikdir?
Sulu qar, qar yağacaq, 16 dərəcə şaxta olacaq – BU TARİXDƏ
Bu bölgələrə hazırda güclü QAR YAĞIR
Azərbaycanda güclü zəlzələ anonsu – Bu ərazilərdə gözlənilir…
Sabah Qaradağ rayonunun bu ərazilərində qaz olmayacaq
Ünvanlı sosial yardıma ayrılan vəsait 4 dəfə artırıldı