Bu da oldu – Atasına donuz ətindən ehsan verdi

Bu da oldu – Atasına donuz ətindən ehsan verdi

Dünya 07.01.2026 21:19 65

Türkiyənin Aydın vilayətində əvvəllər vəhşi donuz əti ticarəti ilə gündəmə gəlmiş ətçi C. C.-nin 2015-ci ildə atasının xeyirinə təxminən 500 kiloqram donuz ətini Efeler Bey Məscidinin qarşısında 3 000-dən çox insana payladığı ortaya çıxıb.

Hadisə ətçinin həbsdə olduğu zaman dostlarına danışdığı açıqlamalar vasitəsilə üzə çıxıb. Bildirilir ki, C. C. hazırladığı donuz ətini düyü ilə birlikdə camaata təqdim edib və bu paylama atasının xeyirinə olub.

Maraqlısı odur ki, ətçi sonradan bunun günah, yoxsa savab olduğunu soruşub.

Hadisə uzun müddət gizli qalsa da, sosial mediada və xəbərlərdə geniş müzakirə mövzusu olub.

Dəniz

Reklam