Bu cərimələr kəskin artdı

Bu cərimələr kəskin artdı

Cəmiyyət 13.01.2026 15:55 7

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən evini kirayə verən fiziki şəxslər üçün vergi nəzarəti daha da sərtləşdirilir və cərimə məbləğləri artırılır.

Az24.az xəbər verir ki, yeni qaydalara görə, yaşayış sahəsini kirayə verən, lakin vergi orqanında uçota durmaq üçün ərizə təqdim etməyən şəxslərə 200 manat məbləğində cərimə tətbiq ediləcək. Qeyd edək ki, bu cərimə indiyədək 40 manat təşkil edirdi.

Bundan başqa, kirayə fəaliyyəti ilə bağlı gəlirlər üzrə vergi hesabatını təqdim etməyən şəxslər 40 manat cərimə olunacaq. Bu öhdəlik gəlirin olub-olmamasından asılı olmayaraq, hesabatın vaxtında təqdim edilməsini tələb edir.

Daha sərt məsuliyyət isə gəlirlərin gizlədilməsi ilə bağlıdır. Kirayə gəlirlərini bilərəkdən az göstərən vergi ödəyiciləri yayındırılmış vergi məbləğinin 50 faizi həcmində maliyyə sanksiyası ilə cərimələnəcək. Bu cərimə birbaşa gizlədilmiş məbləğin üzərinə hesablanır və əlavə vergi borcu da ödənilməlidir.

Dəyişikliklərin əsas məqsədi kirayə bazarında şəffaflığın artırılması, müqavilələrin rəsmi qaydada bağlanmasının təşviqi və vergidən yayınma hallarının minimuma endirilməsidir. Mütəxəssislər bildirirlər ki, rəsmi qeydiyyat həm dövlət büdcəsinə daxilolmaları artırır, həm də ev sahibləri ilə kirayəçilər arasında hüquqi münasibətləri aydınlaşdırır.

Bu dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Bu tarixədək evini kirayə verən şəxslərə vergi uçotuna durmaq, kirayə müqavilələrini rəsmiləşdirmək və gəlirlərini düzgün bəyan etmək tövsiyə olunur.

Dəniz

Reklam