Bu bağçalarda əlavə ödəniş tələb etsələr, verməyin – XƏBƏRDARLIQ
63 özəl məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin qalibi olub və qalib gəlmiş özəl bağçalarla qrant müqavilələri imzalanıb.
Bu barədə Az24.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, həmin qrant müqavilələrinə görə Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə müvafiq link vasitəsilə tanış ola bilərsiniz.
“Nəzərinizə çatdırırıq ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra müvafiq cədvəldə göstərilən ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək.
Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşildiyi halda, Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzinə məlumat verə bilərlər.
Vurğulayırıq ki, qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək”, – nazirlikdən bildirilib.
Reklam
Oxşar xəbərlər
“Velizar” illər ərzində belə DƏYİŞDİ – VİDEO
Magistraturaya qəbul imtahanı bu tarixdə olacaq
“Epşteyn sənədləri”ndə 2 azərbaycanlının da adı var – Biri keçmiş nazir, biri deputatdır – FOTO
Yaxın günlərdə qar və çovğun olacaq? – Rəsmi
Bu ərazilərdə su kəsildi
Avtobus idarə edəcək qadın sürücülərin sayı ARTIRILIR
Şaxta olacaq, yollar buz bağlayacaq – PROQNOZ