Bu avtomobillərin sahibləri əlavə rüsum ödəməlidir – Qarajlarda yoxlamalar
“Azərişıq” ASC elektrikli avtomobillər üçün qarajlarda quraşdırılmış enerjidoldurma cihazlarına nəzarət və yoxlamalara başlayıb.
Az24.az Day.az-a istinadla xəbər verir ki, bununla bağlı məlumat sosial şəbələlərdə yayılıb.
Artıq yaşayış məntəqələrinin qarajlarında quraşdırılmış hər bir cihazın enerji xətti ayrıca yoxlamadan keçirilir. Belə ki, əgər sakinlər avtomobillərini binanın ümumi elektrik şəbəkəsindən və ya mənzilin sayğacından birbaşa xətt çəkərək doldururlarsa, həmin xətt dərhal şəbəkədən ayrılacaq.
Qarajlarda elektrik enerjisi ilə bağlı yoxlamalar aparılmadan əvvəl mülkiyyət sənədinin olması vacibdir. Qarajınızın mülkiyyət sənədini (çıxarış) təqdim edərək Asan Kommunala müraciət etməlisiniz.
Bundan sonra, əraziyə və transformatora baxış keçirilir. Əgər uyğunluq təsdiqlənərsə, texniki şərt verilir və sayğac sifariş edilir. Həmçinin, enerji haqqı ilə bağlı müəyyən rüsumlar mövcuddur:
10 kVt-a qədər olan güc üçün 40 AZN/1 kVt,
10 kVt-dan çox olan güc üçün isə 60 AZN/1 kVt.
Bu dəyişikliklər, “Azərişıq”ın elektrikli avtomobillərin yük şəbəkəsinə qoşulmasını düzgün tənzimləyərək, şəbəkənin təhlükəsizliyini təmin etməyə yönəlib.
“Azərişıq” ASC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, deyilənlər əsassızdır:
“Ümumi qaydaları kimsə “yoxlama” adı ilə xatırladır”.
Reklam
Oxşar xəbərlər
Qış üçün təkər seçimi: Təhlükəsiz sürüş üçün VACİB MƏSLƏHƏTLƏR
17.12.2025
22:26
Təkərlərdə hava tez azalırsa SƏBƏBİ BUDUR
14.12.2025
22:42
Maşın çox yandırırmasının əsas səbəbləri – Sürücülərin NƏZƏRİNƏ!
08.12.2025
21:15
Azərbaycanlı bloger özünə bahalı avtomobil aldı – FOTO
01.12.2025
10:30
Dünyanın ən bahalı 10 avtomobili – FOTOLAR
27.11.2025
22:16
Dünyanın ən sürətli avtomobili təqdim olundu – FOTO
22.11.2025
11:07
“Port Baku”da yarım milyonluq avtomobil maraq doğurdu – VİDEO
17.11.2025
14:54
Azərbaycanda 7,5 milyona “Bugatti” satılır – FOTOLAR
15.11.2025
16:30