Bu avtomobilləri almayın: Uzunömürlü deyillər – SİYAHI

Bu avtomobilləri almayın: Uzunömürlü deyillər – SİYAHI

Avto 27.12.2025 18:55 26

Avtomobil alarkən uzunömürlülük və etibarlılıq əsas meyarlardan biri olmalıdır. Çünki bəzi modellər müəyyən yürüşdən sonra daha tez-tez sıradan çıxır və sahiblərinə əlavə xərc yaradır.

Az24.az xəbər verir ki, “GOBankingRates” saytına açıqlama verən Engine Rev Up bloqunun sahibi, təcrübəli mexanik Jacob Carter təxminən 100 min mil (təqribən 160 min kilometr) yürüşdən sonra nasazlıq riski yüksək olan avtomobilləri açıqlayıb. O, bu modelləri alarkən ehtiyatlı olmağı tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, sözügedən avtomobillər əsasən transmissiya, mühərrik və elektron sistemlərlə bağlı problemlərlə seçilir.

Siyahıya daxil edilən modellər bunlardır:

-Nissan Altima – CVT transmissiyası ilə bağlı tez-tez nasazlıqlar

-BMW 3 Series – mühərrik və elektron sistem problemləri

-Land Rover Discovery – hava asqı sistemi və transmissiya nasazlıqları

-Fiat 500 – mühərrik və yağ sızmaları

-Jeep Wrangler – asqı sistemi və sükan problemləri

-Ford Fiesta – transmissiya və elektrik nasazlıqları

-Chrysler 200 – mühərrik və ötürücü qutu problemləri

-Volkswagen Tiguan – transmissiya ilə bağlı şikayətlər

-Mini Cooper – turbo, yağ sızması və asqı problemləri

-Tesla Model S – yüksək yürüşdən sonra batareya dəyişmə xərclərinin çox olması

Jacob Carter bildirib ki, bu modellər mütləq problemli avtomobillər hesab olunmur, lakin yüksək yürüşdən sonra təmirə daha çox ehtiyac yaradan maşınlar sırasında ön plana çıxır.

Mütəxəssis avtomobil almazdan əvvəl texniki tarixçənin yoxlanılmasını və mümkün risklərin nəzərə alınmasını tövsiyə edir.

Dəniz

Reklam