Bu avtobuslarda ödənişlə bağlı YENİLİK
Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttində (metronun “20 Yanvar” stansiyası – Sumqayıt şəhəri) tətbiq edilib.
Az24.az xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Pilot layihə 1-3 gün müddətində sınaqdan keçiriləcək. Nəticələr təhlil edilməklə sistemin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bununla da Bakıdakı bütün marşrut avtobuslarında NFC ödəniş sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” tam şəkildə tətbiq olunacaq.
Yeni sistem sərnişinlərə əlavə üstünlüklər də təqdim edir. Artıq nağd pul və ya fiziki BakıKart daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər avtobuslarda ödəniş etdikdə, yalnız NFC dəstəkli bank kartları, həmçinin smartfon və “BakıKart”dan istifadə etməlidirlər.
Məlumat üçün bildirək ki, MasterCard və Visa kartları ilə ödəniş sistemi ölkə ərazisində bir sıra şəhərlərdə, o cümlədən Gəncə və Şamaxıda artıq tətbiq olunur.
Reklam
Oxşar xəbərlər
Yol polisi sürücülərə müraciət etdi
Rəşad Dağlı Kərimin məzarına əklil göndərdi – FOTO
Bakıda Yeni il yarmarkası fəaliyyətə başladı
İstirahət gününün havası açıqlandı
Meyxanaçı Ağakərim dəfn olundu – FOTOLAR
Meyiti tapılan balıqçının ÜRƏKSIZLADAN GÖRÜNTÜLƏRİ – VİDEO
Məşhur reper bu qurumda yüksək vəzifədə çalışır – FOTOLAR
FHN “Baku Electronics”in mağazasını bağladı- FOTO/VİDEO