“Bolt” biznes taksiləri bloklayır – Aeroporta 50 manatlıq “Tesla” oyunu
“Bolt” şirkəti tərəfindən Bakıda bəzi ərazilər biznes taksilər üçün bloklanıb.
Az24.az xəbər verir ki, Milli.Az-a müraciət edən şəxs bildirib ki, Bakının mərkəzi hissələrində biznes taksilərdən istifadə etmək mümkün deyil.
Məsələn, Alov qüllələrin qarşısından hava limanına taksi sifarişi etdikdə sadəcə “Tesla Premium” təqdim olunur. Hansı ki, gediş haqqı 48 manat nəzərdə tutulub.

Təxminən 1 kilometr aşağıda, İçərişəhər metrosunun yanından eyni istiqaməti seçdikdə bu dəfə biznes taksilər təqdim olunur və qiymət 19 manatdır.

Vəziyyətdən narazılığını bildirən sürücülər Milli.Az-a açıqlamasında qeyd edib ki, “Fomo” klubun qarşısında da eyni hal yaşanır.
Sürücünün iddiasına görə hansısa sahibkar gətirdiyi “Tesla” avtomobilləri ilə “Bolt”da inhisarçılıq yaradıb. O düşünür ki, bir müddət sonra digər mühüm ərazilər də biznes sürücüləri üçün “bloklanacaq”.
“Hazırda mənim avtomobilin bazar dəyəri, həmin “Tesla”lardan daha çoxdur, amma niyə görəsə “Bolt” şirkəti məni kimi sürüclərə imkan vermir. Əvəzində isə rəqabəti pozaraq “Tesla”lalara şərait yaradılır.
Qeyd edək ki, “Tesla” marakı avtomobillərin Bakıda orta bazar qiyməti 28-30 min manatdır.
Reklam
Oxşar xəbərlər
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı