Boğazında çörək qalan şagirdi belə xilas etdilər – ANBAAN VİDEO

Boğazında çörək qalan şagirdi belə xilas etdilər – ANBAAN VİDEO

Cəmiyyət 20.12.2025 19:07 12

Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub.

Az24.az xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb.

Belə ki, şagird yemək zamanı boğazında çörək parçasının qalması nəticəsində boğulmağa başlayıb. Hadisə anında müəllimlər dərhal müdaxilə edib. Onlarla yanaşı, məktəbdə olan valideynlərdən biri də kömək göstərməyə çalışıb. Təcili tibbi yardım briqadası gələnədək məktəbin “Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının üzvü olan valideyn vaxtında müdaxilə edərək şagirdin həyatını xilas edib.

Həmin görüntüləri təqdim edirik:

(qafqazinfo)

Reklam