Bir fincan çayla rahatlanın: Sakitləşdirici bitkilər

Bir fincan çayla rahatlanın: Sakitləşdirici bitkilər

Sağlamlıq 22.12.2025 18:42 28

Gündəlik həyatın gərginliyi, stress, yuxusuzluq və əsəb halları bir çox insanın qarşılaşdığı problemlər sırasındadır. Xalq təbabətində isə bu kimi hallarda sakitləşdirici təsiri olan bitki çaylarından geniş istifadə olunur. Bu çaylar sinir sistemini rahatlatmağa, yuxunu tənzimləməyə və ümumi rahatlıq hissi yaratmağa kömək edir.

Nanə çayı
Nanə çayı xalq arasında ən çox içilən sakitləşdirici çaylardan biridir. Rahatladıcı qoxusu və dadı ilə əsəbləri sakitləşdirdiyi bildirilir. Axşam saatlarında içilməsi tövsiyə olunur.

Çobanyastığı çayı
Çobanyastığı çayı stress və yüngül yuxusuzluq zamanı tez-tez istifadə edilir. Xalq təbabətində bu çayın rahatladıcı təsirə malik olduğu qeyd olunur.

Melisa (limon otu) çayı
Melisa çayı əsəb gərginliyi və narahatlıq zamanı içilən bitkilər sırasındadır. Xüsusilə axşam saatlarında içildikdə sakitlik hissi yarada bilər.

Adaçayı
Adaçayı düzgün və ölçülü istifadə edildikdə rahatladıcı təsir göstərə bilər. Lakin bu çayın tez-tez və həddindən artıq içilməsi tövsiyə edilmir.

Kəklikotu çayı
Kəklikotu yalnız soyuqdəymə üçün deyil, eyni zamanda sakitləşdirici məqsədlə də istifadə olunur. Yüngül stress zamanı içilə bilər.

Altay

Reklam