Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Hadisə 15.12.2025 12:58 48

Qusarda 4 nəfər dəm qazından zəhərlənib.

Az24.az xəbər verir ki, hadisə dekabrın 15-i gecə saatlarında rayonun Üzdənoba kəndində qeydə alınıb. Bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərləniblər.

Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova, 7 və 5 yaşlarında iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra vəziyyətləri yaxşı olduğu üçün ailənin 4 üzvü də evə buraxılıb.

Reklam