Bir ailənin 11 üzvü EDAM EDİLDİ
Çində keçirilən məhkəmə prosesində myanma mənşəli Min ailəsinə aid cinayətkar qruplaşmanın 11 üzvü edam edilib.
Az24.az xəbər verir ki, Min ailəsinin üzvlərinin 2015-ci ildən bəri Myanmarda təxminən 10 milyard yuan (təxminən 1,4 milyard dollar) qanunsuz gəlir gətirən internet dələduzluğu, qanunsuz qumar və insan öldürmə əməliyyatları ilə məşğul olduğu müəyyən olunub. Cinayətkarların əməliyyatları nəticəsində azı 14 Çin vətəndaşının ölüm hadisəsi qeydə alınıb və başqaları xəsarət alıb.

Çin məhkəməsi 2025-ci il sentyabrın 29-da bu şəxsləri həbs, dələduzluq, qanunsuz saxlanma, öldürmə və digər ağır cinayətlərdə ittiham edərək ölüm hökmünə məhkum etmişdi. Onların qərarı daha sonra Zhejiang Ali Məhkəməsi və Çin Ali Xalq Məhkəməsi təsdiqləyib və hakimiyyət tərəfindən icra edilib.
Qeyd edək ki, bu ölüm hökmləri Çinin telekommunikasiya fırıldaqçılığına və beynəlxalq cinayətkar şəbəkələrə qarşı daha geniş əməliyyatının bir hissəsi kimi qəbul edilir. 2023-cü ildən bəri minlərlə insan sərhədyanı fırıldaqçılıq dəstələrini hədəf alan istintaq və həbslərlə əlaqədar Çinə ekstradisiya edilib və ya həbs edilib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bura düşən bir də çıxmaq istəmir – Dünyanın ən lüks həbsxanaları
Arvadınız sizdən daha çox qazanırsa, narahat olmayın – Münasibətlərinizi belə QORUYUN!
Evlilikdə “cinsi münasibət məcburiyyəti” ləğv edildi – QƏRAR
Ətir seçimi təkcə qoxu deyil – Mütəxəssis açıqladı
Doğum tarixinizə uyğun SİTAT – Həyatınızı dəyişdirə bilər
Qiyamət günü saatı yeniləndi – Bəşəriyyət üçün SON XƏBƏRDARLIQ
Onlar dünyanın ən əxlaqsız ölkələri seçildi – SİYAHI