Biləsuvar və Yardımlının bu ərazilərində işıq olmayacaq
Bu gün Biləsuvar və Yardımlı rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
AZ24.az xəbər verir ki, “Report”un Muğan bürosunun məlumatına görə, “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Biləsuvar rayonunda 3.2 mVA gücündə transformatorda, Yardımlıda isə 35 kV-luq hava xəttində bu gün təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Biləsuvarın Nərimankənd, Səmədabad, saat 13:00-dan 15:00-dək Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran, Vərgədüz kəndlərində, eləcə də şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Reklam
Oxşar xəbərlər
Uşaqları tez qocaldırlar – Elza ÜSYAN ETDİ
Deputatdan AÇIQLAMA – Videodakı mənim qızım deyil
ATV-yə BU KADRLARA görə xəbərdarlıq edildi – VİDEO
Penitensiar Xidmətin şöbə rəisi işdən qovuldu
ATV-yə XƏBƏRDARLIQ EDİLDİ
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO