Biləcərinin bir hissəsi işıqsız qalacaq
Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“Azərişıq”dan Az24.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 18 noyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) yenidənqurma və təmir işləri aparılacaq.
Məlumata görə, qeyd olunanalarla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Biləcəri qəsəbəsi Mikayıl Mikayılov və Asəf Zeynallı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Reklam
Oxşar xəbərlər
Noyabr ayının sosial yardımları tam ödənildi
Bakıda xüsusi təyinatlı texnikalar hazır vəziyyətə gətirildi
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə
Bu ərazilərdə işıq olmayacaq
Bu şəxslərin maaşı 1971 manat oldu
Bu rayonlarda qaz kəsiləcək
Sabah bu rayonun qazı kəsiləcək
İşsizlərə ŞAD XƏBƏR: 16 manat ödəmək məcburi deyil