Bəylər Eyyubovun qardaşı oğlunun şirkəti bu deputatın kürəkəninə verildi
“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin yeni baş direktoru və qanuni təmsilçisi Samir Qibləliyev vəzifəli şəxsin yaxın qohumudur.
Qlobal.net xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimovun kürəkənidir.
Samir Qibləliyev son təyinatadək Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiza İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru vəzifəsində Rəşad Daşdəmirov işləyib. Şirkətin faktiki rəhbəri isə Ruslan Eyyubov olub. Onların hər ikisi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. R.Daşdəmirov və R.Eyyubov qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində ittiham olunurlar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Ruslan Eyyubov Prezident Katibliyinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.
Reklam
Oxşar xəbərlər
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO