Beyləqanda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi keçirilib

Beyləqanda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi keçirilib

Cəmiyyət 11.12.2025 19:50 32

Beyləqanda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi keçirilib.

AZ24.az xəbər verir ki, bugün Beyləqan rayon Heydər Əliyev Mərkəzinin və Beyləqan rayon üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət kitab sərgisi və ekskursiya təşkil edilib.

Sərgidə Ulu Öndərin siyasi irsini, dövlətçilik fəaliyyətini, rəhbərliyinin müxtəlif dövrlərini və şəxsiyyətinin çoxşaxəli yönlərini əhatə edən kitablar nümayiş etdirilib.

Mərkəzin əməkdaşları tərəfindən Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü işlər haqqında iştirakçılara geniş məlumat verilib.

Reklam