Bəy toydan 6 gün sonra həyatının şokunu yaşadı – VİDEO

Bəy toydan 6 gün sonra həyatının şokunu yaşadı – VİDEO

Dünya 12.12.2025 23:23 50

Türkiyənin Adana şəhərində yaşayan Muhittin Çiçəklibağ toydan cəmi 6 gün sonra həyat yoldaşı S.B.-nin evdən qaçdığını bildirib.

AZ24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyin sözlərinə görə, gəlin toyda taxılan qızılların bir hissəsini götürərək onun işdə olduğu vaxt evdən çıxıb və geri qayıtmayıb.

Çiçəklibağ daha sonra həyat yoldaşının özünü hamilə kimi göstərdiyini, lakin bunun yalan olduğunu və həqiqi yaşını da gizlətdiyini öyrəndiyini deyib.

Gəlin S.B. isə iddiaları rədd edir və qızılların saxta olduğunu iddia edir.

Reklam