“Beşiktaş” xal itirdi, “Fənərbağça”dan möhtəşəm geri dönüş

“Beşiktaş” xal itirdi, “Fənərbağça”dan möhtəşəm geri dönüş

İdman 23.11.2025 23:19 7

Türkiyə super liqasında bu gün keçirilən qarşılaşmalarında “Beşiktaş” və “Fənərbağça” fərqli nəticələrlə yadda qalıb.

AZ24.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Samsunspor”la 1–1 hesablı heç-heçəyə razılaşıb. “Fənərbağça” isə səfərdə “Çaykur Rizəspor” üzərində təsirli qələbə qazanıb.

“Beşiktaş” – “Samsunspor” qarşılaşmasında hesabı 57-ci dəqiqədə Cengiz Ündər penalti zərbəsi ilə açıb. Qonaq komanda isə 66-cı dəqiqədə Şərif Nidayenin qolu ilə tarazlığı bərpa edib. Bu nəticədən sonra “Beşiktaş”ın xalı 21, “Samsunspor”un xalı isə 24 olub.

Günün digər qarşılaşmasında “Fənərbağça” isə “Çaykur Rizəspor” qarşısında ilk hissəni 0–2 geridə bitirib. İstanbul təmsilçisi ikinci hissədə oyuna tam nəzarəti ələ alaraq 5–2 hesabı ilə qalib gəlib. Asensio 55 və 65-ci dəqiqələrdə, Taliska 58-ci dəqiqədə, Yusif En-Nəsiri 78-ci dəqiqədə, Arçi Braun isə 88-ci dəqiqədə fərqlənib. “Rizəspor”un qolları 6-cı dəqiqədə Əli Sove və 15-ci dəqiqədə Kazim Laçi tərəfindən vurulub. Laçi 63-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bu qələbə ilə “Fənərbağça” xallarını 31-ə yüksəldərək zirvə yarışını davam etdirib, “Rizəspor” isə 14 xalda qalıb.

Reklam