Benzin və dizel bahalaşdı – Taksi qiymətləri artacaq?
Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi tariflərinə də təsir edə bilər.
Az24.az Xəzər TV-yə istinadla xəbər verir ki, təxəssislər hesab edir ki, ümumi olaraq yanacaq qiymətində dəyişiklik əksər sahələrdə qiymətlərə paralel artım təsiri göstərir. Yanacağın qiymətində dəyişiklik az olsa da, təsir edəcəyi sahələrdə də qiymət artımı qaçılmazdır.
Ekspert bildirib ki, yanacaq qiymətindəki artım daşıyı şirkətlərdəki gediş haqqı qiymətinə bir başa təsir edəcək. Lakin, qiymət artımı ilk olaraq taksilərdə müşahidə oluna bilər ki, bunun da əsasən səbəbi taksi xidmətinin özəl daşıyıcı şirkətlər tərəfindən göstərilməsidir.
Məsələ ilə əlaqədar taksi şirkətləri ilə əlaqə saxlanılıb. “Bolt” daşıyıcı şirkətindən bildirilib ki, artımla bağlı hazırda dəqiq qərar və ya məlumat yoxdur.
“Uber”dən isə müvafiq təhlillər aparıldıqdan sonra tariflərdə qiymət artımının olub-olmayacağı ilə bağlı qərar veriləcək.
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…