Benzin, dizel və maye qaza görə vergi 3,5 dəfə artırılır
Növbəti ildən Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata kimi artırılır.
Az24.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata artırılır.
Müəyyən edilən yol vergisinin dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondları arasında bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Reklam
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti artdı
Rubl bahalaşdı, avro və lirə ucuzlaşdı – MƏZƏNNƏ
Qızıl rekord həddə bahalşdı
Rubl ucuzlaşdı, avro bahalaşdı – MƏZƏNNƏ
Kredit götürməyə tələsməyin – 2026 üçün narahatedici PROQNOZ
Avro bahalaşdı, lirə və rubl ucuzlaşdı
Azərbaycan bu ölkəyə 800 milyon kubmetr qaz satacaq