Bayramda həddindən artıq yeyib-içmək bu orqanlara zərər verir – XƏBƏRDARLIQ
Yeni il bayramında həddindən artıq yeyib-içmək orqanizm üçün ciddi risk yaradır.
Dietoloq Yevgeni Arzamasçev bildirib ki, yağlı və ağır qidalar, eləcə də spirtli içkilər mədəaltı vəz və qalxanvari vəzin fəaliyyətini zəiflədir.
“Bayram günlərində insanlar ard-arda çoxlu zərərli qidalar qəbul edir, içki məclislərində iştirak edirlər. Nəticədə orqanizm çox yüklənir və mövcud olan qastrit, kolit, pankreatit kimi xəstəliklər kəskinləşə, xoralar dərinləşə bilər.
Qeyri-sağlam qidalanma həm həzm, həm də immun sisteminin işini pozur. Xüsusilə ən həssas orqanlar olan mədəaltı vəz (pankreas) və qalxanvari vəz daha çox əziyyət çəkir. Belə qidalanma sürətli çəki artımı, qaraciyərin piylənməsi və pankreasın iltihabına səbəb ola bilər”, – deyə dietoloq bildirib.
Pankreatitin əsas simptomları:
-Qarında ağrı, xüsusən kürəyə və sol tərəfə vurur
-Ürəkbulanma, qusma, xüsusən yeməkdən sonra
-İştahın azalması
-Arıqlama
-İshal
-Sarılıq (gözlər, dəri, ovuclar)
-Zəiflik və yorğunluq
Dietoloq həmçinin qeyd edib ki, Yeni ildən sonra xroniki xəstələr mütləq qastroenteroloq müayinəsindən keçməlidirlər.
Dəniz
Reklam
Oxşar xəbərlər
Bu qan qrupundan olanlar çox yaşayır
Pendir yemək demans riskini azaldır – ARAŞDIRMA
Öskürək və tıxanıqlığa qarşı nanənin MÖCÜZƏVİ TƏSİRİ
Unudulan şəfa mənbəyi: Heyva yarpağı
Gündə 8 fincandan çox isti çay xərçəng riskini artırır – ARAŞDIRMA
1001 dərdin dərmanı – Heyvanın faydaları
Bir fincan çayla rahatlanın: Sakitləşdirici bitkilər
Şam qozası bu xəstəliklərə faydalıdır